9 C
Baku
Friday, December 13, 2024

Gürcüstanın baş naziri: Milli valyutamız həddindən artıq ucuzlaşıb

“Lari həddindən artıq dəyərdən düşüb”.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatda turizm sektorundan böyük gəlirlə bağlı gözləntilər olub: “Təəssüflər olsun ki, son hadisələrə görə bu, baş vermədi. Əlbəttə ki, bu, yeganə amil deyil”.

M.Baxtadze deyib ki, turizmdən gəlirlər azalıb: “Lakin mən əminəm ki, fəaliyyət planı və biznes sektorun təklifləri ilə biz bu problemlərin öhdəsindən gələ biləcəyik”.

Qeyd edək ki, Gürcüstan Milli Bankının iyulun 31-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9507 təşkil edir.

Report

Son xəbərlər
Digər xəbərlər