Nazirlik 27,7 milyon manatlıq tenderi “Agri Kon”a həvalə edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yaninda Dövlət Məşğulluq Xidməti  “Agri Kon” QSC ilə 27,7 milyon manata yaxın müqavilə bağlayıb.

Banker.az-ın xəbərinə görə, bu müqavilənin predmeti özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınması nəzərdə tutulur.

Müqaviləyə görə, nazirlik QSC-yə 27 698 780 manat ödəməli olacacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər