Son zamanlar Forex bazarı internet-trading-in ən populyar növlərindən birinə çevrilib. Ticarət terminalının və brokerin düzgün seçimi ilə yanaşı, unutmaq lazım deyil ki, ticarət zamanı valyuta cütü uğurlu ticarət üçün mühüm amillərdən biridir.
İqtisadi lüğətə əsasən valyuta cütü – bir valyuta cütünü təşkil edən valyutaların qiymət nisbətləridir. Valyuta cütünü seçərkən ilk növbədə hər bir cütün ayrılmaz hissəsini təşkil edən bir neçə göstəriciyə diqqət yetirmək lazımdır. Bu göstəricilərə isə bunlar aiddir: ticarət alətinin likvidliyi və ona olan tələbat, qiymətlərin hərəkət dinamikası və əvvəlcədən proqnozlaşdırıla bilməsi.
Likvidlik ticarətdə vacib rol oynayır. Çünki sözügedən valyutaya nə qədər yüksək tələbat olarsa, spread genişlənməsi də bir o qədər az olacaq. Valyuta cütü nə qədər stabil və populyar olarsa, ondan qazanc əldə etmək şansı bir o qədər çox olacaq.
Qiymətlərin müyyən zaman ərzində hərəkəti valyuta cütlərinə böyük təsir edir. Bu Forex-in dəyişkənliyi adlanır. Yeni başlayan treyder dəyişkənliyi kifayət qədər aşağı olan cütlərə diqqət yetirməlidir. Bu halda riskləri minimuma endirmək şansları var.
Ticarət alətinin seçilməsi zamanı mümkün olacaq qiymət hərəkətlərini proqnozlaşdırmaq vacib amildir. Düzgün təhlil qazanc gətirəcək müqavilənin imzalanmasına imkan verəcək.
Hazırda valyuta cütləri üç sinifə bölünür:
• əsas valyuta cütləri,
• çarpaz məzənnələr,
• ekzotik.
Əsas valyuta cütləri böyük populyarlığa və likvidliyə sahibdir. Bu cütlərə tərkibində amerikan dolları olan cütlər daxildir.
Qeyd edək ki, USD/CHF qiymətlərin hərəkətində çox qeyri-stabildir və buna görə yeni başlayanların öz ticarət təcrübələrini məhz bu valyuta cütü ilə başlamalı məsləhət görülmür. Bundan əlavə USD/CAD və USD/JPY cütləri həm texniki, həm də fundamental analiz tələb edir. Ticarət üçün ən optimal valyuta cütü britaniya funtu/amerikan dolları və məşhur avro/dollardır. Bu cütlər ani qiymət dəyişmələrindən uzaqdırlar. Yeni başlayanlar üçün bu cütlüklər ən ideal variantdır.
Əsas valyuta cütləri ilə yanaşı çarpaz məzənnələr də vardır ki, bunlarda amerikan dolları iştirak etmir. Bu cütlər az aktivliyə sahibdir, lakin yeni treyderlərə onlardan istifadə etmək məsləhət görülmür. Belə ki, belə cütlər öz hərəkətlərində çox qeyri-stabildirlər.
Ekzotik cütlərə isə iqtisadiyyata böyük təsir etməyən ölkələrin valyutaları daxildir. Belə cütlüklər həddindən artıq çoxdur və onlar demək olar ki, klassik treydinqdə istifadə edilmir. Yeni başlayan treyderlərin bu cütlüklərə də diqqət yetirmələri məsləhət görülmür. Bu cütlüklər az likvidliyə və təxminlərə sahibdirlər.
Ticarət üçün valyuta cütünü seçərkən çox diqqətli olmalı və bütün mümkün riskləri analiz etmək lazımdır. Forex bazarında ticarət alətini seçərkən tələsmək gərək deyil. Əgər valyuta cütünü artıq seçmisinizsə tələsməyin: ilk olaraq bu valyuta cütü üzrə qiymət dəyişmələrini müşahidə edin. Bu valyuta cütü üzrə ticarət üçün şəxsi plan yaradın və ona riayət edin. Bu punktlara riayət etməklə ticarətdə böyük uğurlar qazana bilərsiniz.
Valyuta cütünü seçərkən yadda saxlayın ki, hər bir valyuta özünə məxsus xüsusiyyətlərə sahibdir və analiz olmadan çətin ki, bu cütdən gəlir əldə edə biləsiniz.
Comments are closed.