3 C
Baku
Saturday, December 14, 2024

“Johnson & Johnson” opioid məsələsinə görə $572 mln. cərimə ödəyəcək

ABŞ-ın Oklahoma ştatının məhkəməsi, “Johnson & Johnson” (J&J) şirkətini opioid böhranının stimullaşdırılmasında iştirak etdiyi üçün 572 milyon dollar cərimələyib.

Banker.az xəbər verir ki, hakimin gəldiyi qərara görə, şirkət insanları aldadaraq opioid böhranının stimullaşdırılmasında iştirak edib.

“Johnson & Johnson” -un icraçı direktoru Michael Ullman məhkəmənin qərarı ilə razı deyil.

Xatırladaq ki, daha əvvəl Oklahoma məhkəməsi şirkəti 17,2 milyard dollar məbləğində cərimə cəzasını tətbiq etmək istəyib. Şirkətin ştatın 6 min sakininin ölümünə səbəb olan böhranın yaranmasında iştirak etməsi güman edilirdi. “Johnson & Johnson” bu ittihamların əsassız olduğunu bildirmişdir.

Qeyd edək ki, Oklahoma ştatı “Purdue Pharma” (279 milyon dollar) və “Teva Pharmaceuticals (85 milyon dollar) şirkətlərinə qarşı cərimə cəzasını tətbiq edib.

Ötən ilin iyul ayında Missuri ştatında uşaqlar üçün nəzərdə tutulmuş məhsulların tərkibində xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan asbest maddəsi aşkarlandığı üçün 4,69 milyard dollar cərimə ödəmişdir.

 

 

Son xəbərlər
Digər xəbərlər