16 C
Baku
Wednesday, October 30, 2024

Vərəsəliklər bağlı maraqlı faktlar

Varlı insanların öz sərvətlərini qohum və dostlarına miras qoyması o qədər də qeyri-adi hal deyil. Lakin elə hallar olur ki, təsadüfi bir insan böyük bir mirasın varisi olur. Lakin tarix ərzində baş vermiş həmin 7 istisna halı diqqətinizə çatdırırıq.

1. Bruklindən olan naməlum varlı

1919-cu ildə vəfat edən Nyu-yorkun “zənginliyi və qeyri-adiliyi” ilə məşhur olan varlı sakininin axırıncı vəsiyyəti də heç kimi təəccübləndirmədi. O, vəsiyyətində belə deyirdi:

“Mənim 71 şalvarım var. Bu mənim son arzumdu. Onlar mənim ölümümdən sonra hərracda satılmalıdır. Gəlirlər kasıblara paylanmalıdır. Lakin bir şalvarı yalnız bir adama satın”.

Hər şey onun dediyi kimi də edilmişdi. Daha sonra aşkarlanmışdı ki, şalvarlara on ədəd 100 dollarlıq əskinasın olduğu kisə tikilib. O, öz ailəsinə isə heç nə miras qoymamışdı.

2. Con Uayt

İngiltərənin Samerset şəhərindən olan Con Uayt 96 yaşında vəfat edəndə bacısı oğlu Riçarda 40 000 funt sterlinq miras qoymuşdur. Lakin ən maraqlısı yerdə qalan 2 milyon funt sterlinqlə bağlıdır. Bu vəsaitlər kilsə, Samerset məktəblərinə vəsiyyət olunmuşdu. Onun istəyi də yerinə yetirildi. “O insanları təəccübləndirməyi sevirdi” – bacısı oğlu Riçard qeyd edir.

3. Çarlz Millar Bens

Kanadalı vəkil Çarlz Millar Bens öz dostları arasında zarafatları ilə məşhur idi. Ona görə də heç kim onun qeyri-adi vəsiyyətinə təəccüblənməmişdi. Evlənməmiş, uşağı olmayan Milların bir-birilə danışmayan üç dostu var idi ki, Millar onlara Yamaykada istirahət üçün ev miras qoydu. Lakin onlar həmin evi yalnız bir yerdə ziyarət edə bilərdilər. Mirasının 750 000 dollarlıq böyük bir hissəsi üçün isə konkurs elan etdi.

Konkursun qalibi onun ölümündən sonra Torontoda daha çox uşaq doğmuş qadın hesab olunacaqdı. On il sonra uzun sürən məhkəmə proseslərindən sonra mükafatı 6 qadın öz arasında bölüşdürdü, onlar 10 il ərzində 9 uşaq doğmuşdular.

4. Həkim Mesaroş

1930 –cu ildə vəfat etmiş evlənməmiş və uşağı olmayan həkim Mesaroş 50 000 dollar və bütün daşınmaz əmlakını gənc və məşhur olmayan Avstriya aktrisası Korin Uorda vəsiyyət etmişdir. O, gizlicə aktrisaya vurulmuşdu, lakin öz hisslərini etiraf etməkdən çəkinirdi.

5. Anri de la Sal

Yenə də 1930-cu ildə gənc aktrisa naməlum şəxsin mirası sayəsində gözlənilmədən varlı olmuşdur. Lilian Melral rəhmətlik dayısının dostu tərəfindən ona 700 000 dollar miras qoyulduğu barədə məlumatı məktub vasitəsilə almışdır. O, pulun 100 000 dollarlıq hissəsini uşaq fonduna köçürməli idi.

6. Luis Karlos de Noronya Kabral da Kamara

Luis Karlos 42 yaşında vəfat edəndə, evli deyildi və uşaqları da yox idi, heç qohumlardan da kimsə qalmamışdı. Mülkiyyət və yığımlarının dövlətə qalmaması üçün o, bütün sərvətini 70 nəfər tanımadığı insana vəsiyyət etmişdir. O, həmin şəxsləri Lissabon telefon kitabçasından ixtiyari olaraq seçmişdi.

7. Arçibald MakArtur

Makarturun müəmmalı xasiyyəti var idi. O Viskonsində yaşayırdı və vəkilliklə məşğul olaraq varlanmışdı. 1922-ci ildə Floridaya köçdü və ölümündən sonra qohumlarının hərəsinə 5 dollar vəsiyyət etmişdir. Yerdə qalan 3 milyonu isə bütün Docevildə məşhur olan evsiz yad bir insana vəsiyyət etmişdir. O deyirdi ki, həyatımın ən səmimi söhbətini mən məhz həmin insanla etmişəm.

Son xəbərlər
Digər xəbərlər