26 C
Baku
Tuesday, April 30, 2024

Vergilər Nazirliyi, səhmdar cəmiyyətin vergi borcuna görə əmlakını hərraca çıxarmağı tələb edib

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Qaradağ-Maşınqayırma” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Banker.az xəbər verir ki, edilən müraciətdə, iddiaçı məhkəmədə “Qaradağ-Maşınqayırma” zavodunun 14 mart 2019 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 144 871 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 201 000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Xatırladaq ki, “Qaradağ Maşınqayırma” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 243 506 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər