17 C
Baku
Monday, April 29, 2024

“Bakı Fond Birjası”nın dövriyyəsi ilk 8 ayda 4% artıb

Bakı Fond Birjasında 2019-cu ilin ilk səkkiz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10,022,897,272 manat təşkil etmişdir.

Banker.az xəbər verir ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 9,643,471,293 olmuşdur

Nəticə olaraq, 2019-cu ilin ilk 8 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 8 ayına nəzərən 4% artım qeydə alınmışdır.

2019-cu ilin avqust ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,373,630,765.59 manat təşkil etmişdir. Ümumilikdə Birjanın kapitalizasıyası keçən aya nisbətən 0.04% artmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər