2 C
Baku
Saturday, December 14, 2024

Yuanın ucuzlaşmasına baxmayaraq Çinin valyuta ehtiyatları 3,5 mlrd. artıb

Çinin valyuta ehtiyatları yuanın ucuzlaşmasına baxmayaraq, ötən ay gözlənilmədən artıb.

Banker.az xəbər verir ki, Çin Xalq Bankından verilən məlumata görə, avqust ayında valyuta ehtiyatları 3,5 milyard dollar artaraq 3,1072 trilyon dollara çatmışdır.

Reuters tərəfindən sorğu edilən təhlilçilər, ehtiyatların orta hesabla 4 milyard dollardan 3,1 trilyon dollaradək azalacağını proqnozlaşdırıblar.

ÇXR-in valyuta nəzarəti üzrə dövlət idarəsi (SAFE), avqust ayındakı artımın Çin tərəfindən beynəlxalq ödənişlər balansının sabit saxlanması və ümumiyyətlə sabit iqtisadi böyümə ilə əlaqəli olduğunu bildirib.

Ötən ay yuan dollara qarşı 3,8% ucuzlaşıb. Bu, 1994-cü ilin yanvarından, müasir məzənnə rejiminin qəbul edildiyi vaxtdan bəri ən yüksək azalma olub.

Tarixən valyutasını nəzarətdə saxlayan Çin, ABŞ ilə ticarət toqquşması fonunda yuanın ən aşağı səviyyəyə enməsinə imkan yaradıb. Bank kreditləşməni stimullaşdırmaq üçün təxminən 900 milyard yuan (126 milyard dollar) likvidlikdən azad edəcəkdir.

Çinin qızıl ehtiyatlarının dəyəri iyulun sonundan avqustun sonuna qədər 95,45 milyard dollardan 87,876 milyard dollara qədər artıb.

 

Son xəbərlər
Digər xəbərlər