13 C
Baku
Saturday, November 23, 2024

Şirkətlər elan verəndə, niyə qadın cinsinə daha çox üstünlük verirlər?

Son zamanlar bir çox şirkətlər öz elanlarında qadınlara üstünlük verirlər. Maraqlısı odur ki, qadın götürəndən 2-3 sonra, eyni şirkət eyni vakansiya üzrə yenidən qadın namizəd axtarır. Qadın işçilərinin çoxunu eyni adda şirkətlər axtarır. Bunun səbəbi nədir? Niyə belə hallar baş verir? Məsələni aşağıdakı kimi izah etmək olar:

  1. Az maaşa qane olurlar
    2. Riskə meyilli deyillər
    3. Ailə yükünü daha çox kişilər çəkdiyi üçün, əmək haqqı və digər hallarda kişilərə nisbətən tələbkarlıqları olmur.
    4. Şirkətlər ailəsi olmayan qadınlara üstünlük verirlər, səbəb iş mühütində rahatlıq.
    5. Müştərilərlə daha təmkinli davranırlar.
    6. Qorxu hissi və məsuliyyət kişidən daha üstünlük təşkil edir.
    7. Qadın kollektivinin olması.
    8. Bəzi halda daha çox ehtiyaclı olanlara üstünlük verirlər. Səbəb işdən çıxma qorxusu olduğundan, artıq iş gördürmək rahat olur.
    9. Bu hal yuxarıdakılardan fərqlənir. Səbəb odur ki, bəzi şirkət rəhbərləri hesab edirlər ki, götürdükləri qadınla, gələcəkdə eşq yaşaya bilər, bunun üçün də, ehtiyaclı qadınlar daha sərfəlidir. Bunu sorğu apardıqda da, görmək olar. Bəzi qadınlar işə qəbul olunduqdan sonra, rəhbərlikdən belə təkliflərin gəlməsini iddia edirlər. Razılaşmadıqda ən yaxşı halda işdən qovulursan. Elə hallar olur ki, təklif qəbul olunmayanda tədidlər də olur. Şər atma və sair neqativ hallardan rəhbərlikdə oturan şəxs əl çəkmir.

    İqtisadçı – ekspert Rauf Qarayev

 

Son xəbərlər
Digər xəbərlər