13 C
Baku
Sunday, November 24, 2024

İşçi 1 il müddətinə ödənişsiz məzuniyyətə çıxa bilər?

Əmək Məcəlləsinin 129 maddəsinə nəzər salaq:
Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

Yəni işçi ərizə yazaraq xahiş edə bilər və ya işəgötürən və işçinin qarşılıqlı razılığı ilə bu baş verə bilər.

İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri Əmək Məcəlləsinin 130 maddəsində öz əksini tapıb. Bu o deməkdir ki, əgər 130 maddədə göstərilən halların biri varsa və bunu işçi öz ərizəsində səbəb kimi qeyd edirsə, maddədə (130) göstərilən müddət üzrə ödənişsiz məzuniyyət vermək işəgötürənin borcudur. 130 maddədə 4 il müddətinə kimi (həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək) qeydlər var.

Digər məsələ isə məcburi xarakter daşımayan hallara nəzər salaq.
Əmək Məcəlləsinin 129 maddəsi:
1. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən.
2. Həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda.
3. O cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən 6 aydan çox olmayan müddətə ödənişsiz məzuniyyət verilə bilinər.
Səbəb göstərməyə ehtiyac yoxdur.

Həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda 6 aydan çox olmayan müddətə ödənişsiz məzuniyyət verilə bilinər.
Səbəb göstərməyə ehtiyac yoxdur.

O cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
Səbəb göstərməyə ehtiyac yoxdur.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər