2 C
Baku
Sunday, December 15, 2024

Neft bazarı: qiymətlər $60 səviyyəsinə qayıda bilərmi?

Həftənin əvvəlində neft qiymətlərinin kəskin artımından sonra kotirovkalar yenidən bir qədər aşağı düşüb. Buna baxmayaraq, qiymət Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumundan əvvəl qeydə alınan səviyyədən xeyli yüksəkdir. Bu tendensiya nə qədər müddət davam edəcək?

Banker.az xəbər verir ki, dəyişkənlik baxımından bu həftə neft bazarı üçün demək olar ki, rekord olub. Əvvəlcə qiymətlər rekord səviyyəyə qalxıb, sonra təxminən 6% aşağı düşüb.

Treyderlər gələcək istiqaməti müəyyən etməkdə çətinlik çəkirlər.

cekGöründüyü kimi, bazar Səudiyyə ərazisində istehsalın bərpasına yönəldiləcək. İran ilə heç bir hərbi toqquşma olmasa, qiymətlər yenidən aşağı düşəcək.

 Rusiyanın energetika naziri Aleksandr Novak məsələ ilə bağlı bildirib:

“Mən neft çatışmazlığının olması üçün heç bir səbəb görmürəm. Dünyada müxtəlif ölkələrdə çox sayda neft ehtiyatları var: Səudiyyə Ərəbistanında 200 milyon barel, ABŞ-da isə demək olar ki, 700 milyon barel. Və əlbəttə ki, bazarın tarazlaşdırılması zərurəti yarandıqda, bu ehtiyatlardan istifadə edilə bilər”.

Onun sözlərinə görə. Vəziyyət artıq “az-çox sabitləşib”. “Müvafiq olaraq, bazar, əlbəttə ki, bu gün daha rahatdır”.

Xatırladaq ki, istehsal həcmi tam olaraq 17 sentyabrın axşamı günü bərpa edilmişdir. İstehsalın əvvəlki səviyyəyə qaytarılması oktyabrda mümkün olacaq. Bu haqda Səudiyyə Ərəbistanı məlumat verib, Ər-Riyad baş verən hadisələrdə İranı ittiham edir.

Bazar iştirakçıların bir çoxu mövcud vəziyyətdən istifadə etməyə çalışır. Məsələn, Rusiyanın “Surqutneftqaz” şirkəti, malını Asiyaya sataraq gəlirini rekord səviyyəyə çatdırıb.

catParalel olaraq İraq “Basrah Ligt” neftinin qiymətini 30 sent qaldırıb. Bu gün İraq neftinin ixracı 4 aylıq maksimuma – gündə 3,487 milyon barel səviyyəsinə çatıb. Bu o deməkdir ki, dövlətlər OPEC+ müqaviləsinin şərtlərinə riayət etmirlər.

İranın dövlət neft şirkəti olan NIOC, “Saudi Aramco” nun təşəbbüsünü ələ alaraq oktyabr ayının rəsmi qiymətlərini müəyyən edib.

İranın “Light” neftinin qiyməti 55 sent artaraq 1,8 dollar səviyyəsinə çatıb. “Heavy” nin qiyməti cəmi 10 sent artaraq 0,05 dollara çatıb.

 

Son xəbərlər
Digər xəbərlər