“Ankara “həddini aşsa”, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm”, – deyə prezident öz “Twitter” səhifəsində yazıb.
Banker.az xəbər verir ki, “Onlar [türklər] Avropa və digərləri ilə bilikdə İŞİD (İslam dövləti) terror qruplaşmasının döyüşçülərinə və onların ailə üzvlərinə nəzarət etməlidirlər№, – deyə prezident qeyd edir.
Donald Tramp əlavə olaraq qeyd edir ki, ABŞ regionda “başqalarının gözləntilərindən qat-qat çox iş görüb. İndi isə onlar “öz ərazilərini qorumalıdırlar”.
ABŞ prezidenti müntəzəm olaraq Avropanı amerikalıların ələ keçirdiyi İŞİD döyüşçülərini “geri götürməyə” çağırır. Onun sözlərinə görə, ABŞ hal-hazırda bir neçə min hərbçini saxlayır.
Xatırladaq ki, Türkiyə iqtisadiyyatını məhv etmək təhdidi Rəcəb Tayyib Ərdoğanın bəyanatından sonra səsləndirilib. Belə ki, Türkiyə prezidenti Ankaranın Suriyanın şimal-şərq ərazilərində hərbi əməliyyatlara başlamağa hazır olduğunu bildirmişdir. Ərdoğanın fikrincə, Vaşinqton bu ərazidə təhlükəsizlik zonasını yaratmaq vədini yerinə yetirməyib.
ABŞ regiondan öz hərbi qoşunlarını geri çəkəndən sonra, Türkiyə əməliyyatlara başlayacaqdır.