14 C
Baku
Tuesday, November 19, 2024

Gürcüstanın valyuta ehtiyatları 450 mln.$ artıb

Bu ilin oktyabrın 1-nə Gürcüstanın xarici valyuta ehtiyatları 3,602 mlrd. ABŞ dolları təşkil edib.

Bu göstərici son bir ayda 94 mln. dollar və ya 2,5% azalıb. İllik müqayisədə isə Gürcüstanın valyuta ehtiyatlarında artım qeydə alınıb. Belə ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə Gürcüstanın valyuta ehtiyatları 450 mln. dollar və ya 14,3% artıb.

Qeyd edək ki, sentyabr ayı ərzində Gürcüstan Milli Bankı lariyə xarici valyuta təzyiqlərini azaltmaq məqsədi ilə iki dəfə 40 mln. dolları hərraca çıxarıb. Hər iki hərrac zamanı Milli Bank ümumilikdə 72 mln. dolları satmağa müvəffəq olub.

©APA

Son xəbərlər
Digər xəbərlər