A adlı şəxs Sabirabaddan Bakıya 3 günlük ezamiyyə gedir.
İlkin avans kimi ona 3 günlük normanın 20 faizi ödənilir. Yəni (90×2)+18=198 manatın 39.60 manatı. İşçi qayıdır ezamiyədən. O heç bir təsdiqedici ( ezamiyyə vəsiqəsini çıxmaq şərtilə) yəni hotel qəbzi və sair ödənişlər (nəqliyyat xərci, rabitə) üçün sənəd gətirmir.
Bu halda ona 3 günə 80 faiz mehmanxana pulunun, yəni 72 manatın 50 faizi ( 36 m) + 18 manat ( gündəlik normanın 20 faizi) 54 manat tam bir günə pul düşür.
54 × 2 gün = 108 manat bunun üstünədə 3 günün ( tam olmayan gün) norması 18 manat gəlinir. 108+18=126 manat. Şəxsə ezamiyyə gedəndə 20 faiz yəni 39.60 m verildiyindən 126 – 39.60 = 86 manat 40 qəpik vəsait ödəniləcək.
P.S. 18 manat 90 manatın 20 faizidir. Bu isə əsasən yemək üçün nəzərdə tutulur.
İqtisadçı – ekspert Rauf Qarayev