13 C
Baku
Friday, November 22, 2024

Tokio fond bazarı necə işləyir?

Tokio fond bazarı (TSE, Tokyo Stock Exchange) Yaponiyanın başlıca fond məkanıdır. O 1878-ci ildə yaradılaraq Yaponiyanın ilk fond bazarı rolunu oynamışdır. O zamandan etibarən təşkilatın strukturu dəfələrlə dəyişdirilib. Lakin bununla belə bu mütəmadi ticarətlərin həyata keçirilməsinə mane olmayıb. Bu fond bazarında baş vermiş yeganə fasilə Naqasakiyə edilən atom bombaları hücumundan sonra yaranmışdı.

Hazırda birjada 2,3 mindən çox yapon və 31 əcnəbi şirkət təmsil olunur. Bu fond bazarında ən güclü artım keçən əsrin 80-ci illərində qeydə alınmışdı. Bu zaman Tokio fond bazarı qiymətli kağızlar bazarında kapitalizasiyasını 60% artırmışdı. Analitiklər bu mərhələni “sabun köpüyü iqtisadiyyatı” adlandırmışdılar.

90-cı illərin əvvəllərində bu köpük qulaqbatırıcı tərzdə partladı. Bu zaman aktivlərin dəyəri enir, yaponlar kreditləri qaytarmamağa başladı, ölkədə müflislik dalğası yaranmağa başladı. Bu bütün 90-cı illəri əhatə etdi və fond bazarı yalnızca yeni minillikdə özünü bərpa edə bildi.

Tokio fond bazarının korporativ fəlsəfəsi

Yaponiyanın əsas fond birjası dünya bazarında etibarlılığı və  avtoriteti ilə seçilir. Birjanın filial şəbəkəsi ölkənin bütün ərazisini əhatə edir. Hər regional filial təşkilatın əsas ofisi vasitəsilə birjada səhmlərlə ticarət aparır. Birjanın uğur qazanmasında böyük amillərdən birini də birjanın korporativ fəlsəfəsinin  – qaydalar toplusunun yaradılması oldu və hər bir iştirakçı biznes yaradarkən bu qaydalara əməl edir. Bu qaydalar sistemin inkişafı planının həyata keçirilməsi, qaydaların qəbulu proseduru, korporativ mədəniyyəti, sosial məsuliyyəti və digər sualları əhatə edir.

Tokio fond bazarının əsas birja indeksi Tokyo Stock Price Index (TOPIX)-dir. İndeks ilk olaraq 1969-cu ildə 100 punktluk baza dəyəri ilə yaradılmışdı. Birjada iş günlərində indeks 15 samiyədən bir yenidən hesablanır.

Son xəbərlər
Digər xəbərlər