Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan “Azpulmat” adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər.
Həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman, yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə 1000 manata kimi artırmaq olar.
“Azpulmat” adlı aparatlar haqqında məlumat almaq məqsədilə “azpul.az” adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün yalnız mobil nömrə qoyulub. İnsanlara pul paylayan bu aparatın kimə məxsus olduğu, ünvanı və digər məlumatlar mövcud deyil.
Tural Vəliyev “Azpul” MMC-ni təsis etməzdən əvvəl – 2017-2018-ci illərdə “Giləzi Quşçuluq” şirkətində mühasib işləyib.