6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bank sektoru aktivlərini 6% artırıb

Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 368,2 milyon manat təşkil edib.

Banker.az  Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 5,65% çoxdur.

Bankların aktivlərinin 12 602,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 21,7% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 34,9%-dən 40,2%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,4% artaraq 26 634,2 milyon manata, o cümlədən depozit portfeli 8% artaraq 20 034,3 milyon manata çatıb. Bunun 8 697,6 milyon manatı fiziki, 11 336,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 7,9%, şirkətlərin banklardakı vəsaitləri isə 8,1% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 59,55% azalaraq 159,6 milyon manata düşüb.

Sektorun balans kapitalı isə 13,5% artaraq 4 734 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər