7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan yandırılan səmt qazının səmərəliliyinin nisbətinə görə Aİ-nin neft ixrac edən 10 ölkəsi arasında birinci yeri tutur

Neft hasilatı zamanı quyulardan neftlə birlikdə çıxan səmt qazının atmosferə atılmasının azaldılması iqlim dəyişməsi təsirinin yumşalması sayəsində göstərilən mühüm tədbirlərdəndir.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bunu bu gün keçirilən “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfransda çıxış zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, 2008-ci ildən SOCAR Dünya Bankının səmt qazının yandırılnması üzrə Qlobal Tərəfdaşlıq Təşkilatı ilə əməkdaşlığa başlayıb: “SOCAR-ın gördüyü işlərin nəticəsində Dünya Bankı tərəfindən iki dəfə ali mükafata layiq görülüb. Avropa Komissiyasının İqlim dəyişmələri fəaliyyəti üzrə baş direktorluğu tərəfindən maliyyələşdirilmiş iqlim dəyişmələrinin təsirinin yumşalması üçün istehlak əsaslı yanaşmalar tədqiqatının nəticəsində ekspertlər bildiriblər ki, Azərbaycan yandırılan səmt qazının səmərəliliyinin nisbətinə görə Avropa İttifaqının neft ixrac edən 10 ölkəsi arasnda birinci yeri tutur”.

R. Hüseynzadə bildirib ki, SOCAR 2015-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə Azərbaycan yanacaq istehlakı sektorunda karbon emissiyasının azalmasını təmin edən milli fəaliyyət Planı layihəsinin icra etməkdədir: “Bu layihə üç komponentdən ibarətdir. Onlardan biri də səmt qazının istifadəçiyə verilməsidir. Artıq bu komponent üzrə işlər yekunlaşıb. Beləliklə il ərzində 63 quyudan 7 milyon kubmetr qazın yığılaraq Siyəzən və Şabran rayonları ərazisində kəndlərə ötürülməsinə start verilib”.

Vitse-prezident qeyd edib ki, SOCAR həmçinin bu ilin yanvarında metan emissiyasının azalması prinsipləri təşəbbüsünə qoşulub. BP, “Eni”, “Equinor”, “Exxon Mobile”, “Shell” və “Total “ kimi nəhəng şirkətlərin təşkilatçılığı üzrə başlanmış bu təşəbbüs vacib ekoloji problemlərdən biri olan metan emissiyasının müasir ekoloji tələblərə uyğun şəkildə azalmasına xidmət edəcək.

Onun sözlərinə görə, gələn ilin yanvarın 15-də Londonda bu təşəbbüsə dair rəhbər komitənin növbəti görüşü keçiriləcək. Görüşdə iqlim dəyişmələrinin təsirinin azalması məqsədilə yeni ekoloji norma və prinsiplər qəbul ediləcək.

Son xəbərlər
Digər xəbərlər