Şəkildə gördüyünüz kassa çeki Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğun tərtib edilib. Onun düzgünlüyünü yoxlamaq üçün daxil oluruq e-kassa.gov.az saytına. Sayta daxil olduqda sağ yuxarı küncdə çeki yoxla qeydi var, həmin yerə daxil oluruq. Açılan pəncərədə nümunə olaraq bizim çekdə Fiskal ID: 53KYtuZ7m4of qeyd olunub, bunu həmin pəncərəyə yazaraq yoxla düyməsini sıxırıq.
Gördüyünüz kimi kassa çekində olan məlumatlar burada da qeyd olunub. Siz yuxarı hissəyə sıxaraq çeki öz kompüterinizə və ya telefonunuza PDF formatında əlavə edə bilərsiniz. Burada qeyd olunan kassa çeki isə bütün tələbləri özündə əks etdirib.