3 C
Baku
Saturday, December 14, 2024

Məşhur brendlərin loqotiplərinin qiyməti

Hər birimizə yaxşı tanış olan dünya brendlərinin dəyəri geniş diapazon arasında dəyişir.

Bunlardan bəzilərinin dəyəri milyon dollar olduğu halda, bəzilərinin dəyəri cəmi 10-15 dollardır. Bəziləri isə loqotiöin yaradılmasına 1 qəpik belə olsa pul xərcləməmişlər. Loqotip şirkətin strateji inkişafında mühüm amildir.

Google

Xərclənən pul: 0 dollar

Google şirkətin məşhur rəngarəng loqotipi uzun illər boyu bir sıra dəyişikliklərə məruz qalıb. Onun original versiyası 1998-ci ildə şirkət yaradıcısı Sergey Brin tərəfindən pulsuz GIPM qrafik proqramında yaradılıb. Şirkətin digər emblem prototiplərinin yaradılması ilə isə Sergey Brin və Larry Pedge-in ortaq rəfiqələri olan Rut Kedar məşğul olub.

2. Coca-Cola

Xərclənən pul: 0 dollar

Coca-Cola şirkətinin məşhur loqotipi şirkət yaradıcısının partnyoru, mühasib Frenk M.Robinson tərəfindən 1886-cı ildə yaradılıb. Şirkətin rəsmi saytına əsasən, Robinson “Coca-Cola adını” məsləhət görərək, iki “C” hərfinin yaxşı görünəcəyini demişdi.

3. Twitter

Xərclənənpul: 15 dollar

Məşhur sosial şəbəkə öz loqotipini 15 dollara fotobankdan əldə edib. Təsvirin müəllifi Yaponiyada yaşayan ingilis rəssam Saymon Okslidir. Düzdür o öz zəhmətinə hörə cəmi 6 dollar almışdı.

4. Nike

Xərclənənpul: 35 dollar

Şirkətin yaradıcısı Fil Nayt şirkətin məşhur loqosunu 1971-ci ildə tələbə olan Kerolin Devidson-dan əldə etmişdi. Portlend universitetində mühazirə ilə çıxış edən Nayt iki tələbənin söhbətini eşidir. Tələbələrdən biri yağlı boyalarla çəkilən təsvirlərə nifrət etdiyini deyirdi. Buna görə də, Nayt tələbəyə iş təklif edir: O 2 saat ərzində qrafiklər, diaqramlar və nəhayət şirkətin loqotipini təsvir etməli idi. Nayt sonda çəkilən təsvirə baxır, könülsüz şəkildə tələbəyə 35 dollar verir və deyir: “O mənim xoşuma gəlmir, ola bilsin zamanla bəyəndim”.

5. NeXT

Xərclənən pul: 100.000 dollar

Stiv Jobsun APPLe-dan getdikdən sonra 1985-ci ildə yaratdığı şirkətin loqotipini məşhur loqotip dizayneri Pol Pend yaratmışdır.

6. 2012-ci ilin London Olimpiya oyunları

Xərclənən pul: 400.000 funt sterlinq (təqribən 625.000 ABŞ dolları)

Loqotip “Wolff Olins” agentliyi tərəfindən hələ 2007-ci ildə yaradılmışdı.

7. Pepsi

Xərclənən pul: 1.000.000 dollar

Loqotip 2008-ci ildə Arnell Group studiyası tərəfindən yenilənmişdir.

8. BBC

Xərclənən pul: 1.800.000 dollar

BBC kanalı öz loqotipini 1997-ci ildə yaradıb.

9. BP (BritishPetroleum)

Xərclənən pul: 211.000.000 dollar

BP şirkəti 2008-ci ildə öz loqotipi üçün 211 milyon dollar ödədi. Ogilvy & Mather reklam agentliyi loqotipin, devizin və formanın dəyişdirilməsi üzərində işlədi.

Son xəbərlər
Digər xəbərlər