9 C
Baku
Thursday, December 12, 2024

İnnovativ “Mobil Ödəmə” xidməti istifadəyə verildi

Əlverişli xidmət “Azercell Telekom” tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıqda təqdim edilib.

Yeni ilin başlanğıcı lider mobil operator “Azercell Telekom”un yeni rəqəmsal xidmətinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bu da cəmiyyətin rəqəmsallaşması və maliyyə sahəsinin rəqəmsallığa ahəngdar keçidi istiqamətində əhəmiyyətli bir dönüş oldu.

Belə ki, 8 yanvar 2020-ci il tarixindən etibarən “Azercell”in PAŞA Bank və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə həyata keçirdiyi “Mobil Ödəmə” xidməti bütün fakturasız xətt  (SimSim)  abunəçiləri üçün mümkün olacaq.

Azərbaycan Respublikası Prezidentinin ölkədə “Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı” ilə bağlı sərəncamına uyğun olaraq hazırlanmış yeni xidmət abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatlarını həyata keçirmək imkanı yaradacaq. İstənilən GSM smartfonunda rahat və intuitiv istifadə fürsəti yaradan “Mobil Ödəmə” xidmətindən yaralanmaq mümkündür.

Xidmətin ilk mərhələsində “Azercell”in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, E-İmza, AzDataCom, Catel və Azeronline kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq.

Fakturasız xətt (SimSim) abunəçiləri bu xidmətdən “Azercell”in KABİNETİM mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi KABİNETİM əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.

Əlavə etmək lazımdır ki, xidmətdən nömrənin balansında 3 AZN-dən artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 AZN məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda, bir ay ərzində ödənişlərin ümumi həcmi 500 AZN-dən artıq  olmamalıdır. 

Qeyd edək ki, “Mobil Ödəmə” Xidmətinin həyata keçirilməsi üçün mobil operator və bank arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən platfroma yaxın gələcəkdə “Mobil Ödəmə” layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirərək xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradacaq. 

“Mobil Ödəmə“ xidmətinin əhəmiyyətindən bəhs edərkən “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev qeyd etdi:

“Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyərək biz bütün abunəçilərimizin gündəlik həyat prosesləri və biznes əməliyyatlarını asanlaşdırmaq, onları daha rahat və sürətli etmək məqsədilə innovativ məhsul çeşidlərini genişləndiririk. “Mobil Ödəmə xidməti gələcəyin rəqəmsal cəmiyyətinin qurulmasına istiqamətində atılan ən vacib addımlardan biridir”.

“Rəqəmsal” bank konsepsiyasını inkişaf etdirən PAŞA Bank son bir neçə ildə müştərilərin biznes tələbatlarını qarşılamaq üçün onlarla birgə hazırlanmış yeni onlayn məhsul və xidmətləri fəal şəkildə bazarda tətbiq etməyə başlayıb.

Ölkədə nağdsız ödənişlərin həcminin artmasına əhəmiyyətli töhfə verəcək bu xidmət, müştərilər arasında yüksək tələbatlı maliyyə alətinə çevriləcək. Aparıcı banklarından biri olan PAŞA Bank müştərilərin mobil maliyyə xidmətlərinə tələbatını tam şəkildə qarşılayaraq, Azərbaycanda bu xidmətlərin inkişafına öz töhfəsini verəcək”, – deyə  PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya direktoru Cavid Quliyev bildirib.

“Mobil Ödəmə” Xidməti bank və mobil şəbəkələrin birləşməsindən istifadə edərək maliyyə xidmətləri təklif edən rəqəmsal yanaşmadır. Bu, istifadəçilərə ənənəvi prosedurlardan keçmədən bank əməliyyatlarını asanlıqla həyata keçirməyə və yaxın gələcəkdə nəqliyyat xidmətləri, satınalmalar, balansın artırılması və digər xidmətlər üçün ödəniş etməyə imkan yaradacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər