2019-cu il yanvarın 1-nə “Aqrolizinq”in aktivləri 1 148,992 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrüylə müqayisədə 23,2% çox olması deməkdir.
Banker.az bu barədə maliyyə hesabatına istinadən xəbər verir.
“Aqrolizinq”in yığılmış zərəri 40 milyon 480 min manat olub. Belə ki, 2017-ci ilin müvafiq dövrüylə müqayisədə yığılmış zərəri 3 milyon 500 min manat azalıb.
2018-ci ildə “Aqrolizinq”in öhdəlikləri 19% artaraq 469,856 milyon manata, balans kapitalı isə 26,4% artaraq 679,135 milyon manat olub.