14 C
Baku
Sunday, November 24, 2024

«Valyuta riskləri» nə deməkdir?

Məlum olduğu kimi, bütün kredit və ticarət əməliyyatlarının effektivliyi valyuta seçimindən asılıdır. Məhsul və ya xidmət idxal-ixracı ilə məşğul olan müəssisələr valyuta məzənnələri arasında olan fərq səbəbindən daima riskə məruz qalırlar. Bu onunla bağlıdır ki, çatdırılan məhsulun alınması və onunla bağlı hesablaşmalar müxtəlif milli valyutalarda həyata keçirilir.

Belə alınır ki, təşkilat daima valyuta cütlüklərinin qiymətinin dəyişməsi dinamikasından asılı vəziyyətə düşür (məsələn, təchizatçı firma məhsulu çin yuanı ilə alır, lakin onun bütün əməliyyatlarını avro ilə həyata keçirildiyi Avropada realizə edir). Məhz bu səbəbdən gündəmə “valyuta riski” adlanan anlayış gəlir. O, valyuta məzənnələrinin dəyişməsi səbəbindən şirkətin uğraya biləcəyi maliyyə itkilərinin hesablanmasına xidmət edir. Söhbət müqavilə imzalanan anda valyutanın qiyməti ilə ödənişin həyata keçirilməsi anında valyuta qiyməti arasında olan fərqdən gedir.

Məzənnələrin daima tərəddüd etməsini nəzərə alsaq, bir qayda olaraq, onları lazımı valyutanın alıcılıq qiymətinə əsasən müəyyən edirlər. Valyuta kursunun dəyişmə səbəbləri arasında inflyasiya səviyyəsini, kompaniyanın ödəmə balansını, tələbin hər bir valyutaya ayrılıqda nisbətimi, ölkədəki siyasi və iqtisadi amilləri qeyd etmək olar.
Valyuta kursu olduqca vacibdir, belə ki, o, ölkənin beynəlxalq bazarlarda ixrac rəqabət-qabiliyyətini və valyutasının dəyərini müəyyən edir.

Valyuta riskinin üç növünü fərqləndirirlər: iqtisadi, köçürmə riski və sövdə riski.

Birinci variant o zaman yaşanır ki, məhsulun dəyəri bir-başa valyuta kursundan asılı olur. Bunun bir-başa təsiri o olur ki, məhsul dövriyyəsi aşağı düşür, kompaniyanın məhsulunun qiyməti dəyişir, rəqabət artır, məhsulun müştəri üçün cəlbediciliyi azalır və s. Praktika göstərir ki, iqtisadi riskdən tamamı ilə qorunmaq mümkün deyil, hətta kompaniya yalnız daxili bazarda çalışsa və bütün əməliyyatlar yalnız milli valyutada həyata keçirilsə belə.

Köçürmə riski istehsal gücləri ilə pul ehtiyatlarının əcnəbi valyutada hesablanması zamanı araya çıxan fərqlər ilə bağlıdır. Əgər xarici valyutanın kursu düşərsə, aktivlərin dəyəri aşağı düşür, aktivlərin həcmi azaldıqca isə firmanın səhmdar kapitalının həcmi də azalır.

Sövdə risklərinin meydana çıxması o hallarda mümkündür ki, xarici valyutadakı sövdənin milli valyutaya nisbətdə dəyərini müəyyən etməklə bağlı çətinliklər var. Yanlış qiymətləndirmə həmin sövdənin firma üçün mənfəətliliyinə nəzərə çarpacaq qədər mənfi təsir göstərə və ya bankın kredit qabiliyyətini aşağı sala bilər.

Ona görə də gələcək sövdə ilə bağlı valyuta seçimi özündə bu amilləri əhatə etməlidir: sövdələşmə müddəti ərzində valyuta məzənnəsinin dəyişməsi ilə bağlı proqnozlar, ənənələr, sövdənin təşkili forması (birdəfəlik, müqavilə əsasında, dövlətlər arası razılaşma)

İqtisadi münasibətlərin istənilən inkişafı riskləri doğurur, ona görə də risklərinin savadlı şəkildə idarə edilməsi bacarığı istənilən kompaniya və ya bankda ən vacib fəaliyyət istiqamətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər