11 C
Baku
Monday, November 25, 2024

ASB Bank maliyyə vəziyyətini açıqlayıb

“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu il ərzində 7,69 mln. manatlıq xalis mənfəət əldə edib, bu da öncəki ilki göstərici ilə müqayisədə az qala iki dəfə artıq olması (95%)  deməkdir.

Banker.az bu barədə Bankın illik açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Öncəki ilin dörd rübü ərzində 28,28 mln. manatlıq faiz gəliri, 15,88 mln. manatlıq faiz xərci, 10,36 mln. manatlıq qeyri-faiz gəliri və 12,96 mln. manatlıq qeyri-faiz xərci çəkib. Nəticədə bank illik 9,8 mln. manatlıq əməliyyat mənfəəti əldə edib.

ASB Bank-ın cəmi aktivləri il ərzində 20 faiz böyüyərək 985,15 mln. manata çatıb. Cari aktivlərinin 331,4 mln. manatı müştərilərə verilmiş kreditlər təşkil edir.

Bankda öhdəliləri 885,5 milyon manata çatıb ki, bunun da 715,13 mln. manatı da müştərilərdən cəlb olunan kreditlərdir.

Son xəbərlər
Digər xəbərlər