Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 242 milyon ABŞ dolları və yaxud 0,23% artaraq 106,456 milyard dollar yüksəlib.
Bu barədə qurumun statistik hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 28,106 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 159 milyon dollar və yaxud 0,57% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 83 milyon dollar və yaxud 0,11% artaraq 78,350 milyard dollar olub.
©Report