8 C
Baku
Friday, December 13, 2024

Ekspert: AMB şəffaflıq və informasiya açıqlığı tələb edən sullardan ustalıqla yayınır

Azərbaycan Mərkəzi Bankında bu gün, 31 yanvar 2020-ci il üzrə ilin ilk mətbuat konfransı gerçəkləşdi.

Media mənsubları üçün bir neçə maraqlı olan suallar səsləndirildi. Bu iclası canlı izləyən iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, şəffaflıq və informasiya açıqlığı tələb edən sullardan ustalıqla və sakitcə yayınırlar.

“Məslən, iqtisadiyyatda bütün institusional vahidlərə aid xarici aktiv və öhdəliklərlə bağlı məlumatların əks olundğu beynəlxalq investisiya mövqeyi statistikasını geniş açıqlamağa ehtyac duymadlılar – halbuki bu barədə sual oldu”.

Ekspert deyir ki, real sektora kreditlərdə özəl və sektoru xüsusi çəkisini soruşdular – yenə qeyri-dəqiq cavab: 90%-dən çox. Halbuki Mərkəzi Bankın statistik bazasnda bu gösrtərici illər üzrə olmalıdır.

İclasda kreditləşmədə kiçik və orta sahibkarlığın payından ümumiyyətlə danışılmadı. Halbuki biznesin ölçüsündən asılı olaraq kreditləşmənin dinamikasında və faiz səviyyəsində baş verən tendensiyalar barədə ayrıca məlumat verilməsi çox önəmlidir.

“Yeri gəlmişkən, Dünya Bankının qlobal iqtisadi perspektivlərlə bağlı son hesabatının böyük bir bölümü makroiqtisadi sabitliyin təmin edilməsinin mühüm şərtlərindən biri kimi mərkəzi bankların müstəqillliyinin və şəffaflığının əhəmiyyətinə həsr edilib”- deyə, R.Ağayev deyir.

O, həmçinin Mərkəzi Bankın məlumatları təkcə onlar üçün deyil – bütün investorlar öz qərarlarını, risklərini bu məlumatlar əsasında müəyyən edildiyini qeyd edir.

Son xəbərlər
Digər xəbərlər