14 C
Baku
Saturday, November 23, 2024

“AXA MBASK” “Günay Sığorta”nı məhkəməyə verdi

Dünyanın ən tanınmış “AXA” sığorta brendinin Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC ölkənin yerli kapitallı sığorta şirkətini məhkəməyə verib. Cavabdeh şirkət “Günay Sığorta” ASC-dir.

Banker.az-ın şirkətlərə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçı “AXA MBASK”-ın “Günay Sığorta”ya qarşı “pul tələbi” təmin edilib və bununla bağlı qətnamə qəbul edilib. Qətnamə məhkəmə tərəfindən 25 dekabr 2019-cu ildə qəbul edildiyi bildirilsə də hansı məbləğ üzərində bu “çəkişmənin” baş verdiyi tam məlum deyil.

Lakin, “Günay Sığorta” bununla bağlı narazılıq əsnasında apelyasiyaya müraciət edib, bildirilir ki, məlumata yaxın günlərdə apelyasiyada baxılacaq.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildən sığorta bazarında fəaliyyət göstəriri. Nizamnamə kapitalı 7,7 milyon manat olmaqla, səhmləri iki fiziki şəxs – Yeganə Şirinova (71,94% ) və Mahmud Məmmədova (28,06%) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər