23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, akademik Ziyad Səmədzadə özünün Seçki Qərargahında bir qrup gənclə görüşüb.
Görüş səmimi və isti ortamda baş tutub.
Z. Səmədzadə mərhum dövlət başçısı, ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin 17 illik hakimiyyəti dövründə gənclərlə bağlı siyasətin dövlət gənclər siyasəti səviyyəsinə qaldırıldığını bildirib.
Qeyd edib ki, ötən illərdə də Azərbaycanda dövlət gənclər siyasəti ilə bağlı çoxlu işlər görülüb, bir sıra mühüm addımlar atılıb və bu siyasətin uğurlu nəticələri ortadadır.
Onun sözlərinə görə, ölkə gəncləri bütövlükdə dövlətin və dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub
Z.Səmədzadə deyib ki, gənclərə verilən dəyərin bir nümunəsi olaraq, son 23 ildə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunmasını göstərmək olar.
Z. Səmədzadə xatırladıb ki, məhz H. Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla 2 fevral Gənclər Günü kimi təqvimə düşüb.
“Gənclər bizim dövlətin, müstəqil Azərbaycanın sabahı, gələcəyidir…”,- deyə Z. Səmədzadə əlavə edib.
Z. Səmədzadə öz növbəsində gəncləri dinləyib və onlara tövsiyələrini verib.
Gənclər də görüşə görə, Z. Səmədzadəyə minnətdarlıqlarını bildirib, ona 9 fevralda uğur arzulayıblar.