12 C
Baku
Friday, November 8, 2024

BP Əlcəzairdə olan müəssisədəki payını satışa çıxardı

BP şirkəti Əlcəzairin İn Əmənas şəhərindəki qaz emalı müəssisəsindəki payına müştəri axtarır.

“Reuters” xəbər verir ki, müəssisədə 45,89 faizlik payı olan BP həmin payı 2 milyard ABŞ dollarına satmağı nəzərdə tutur. Bütövlükdə BP 2021-ci ilin ortalarınadək 15 milyard ABŞ dolları həcmindəki aktivlərini satmaq niyyətindədir.

Ölkənin şərqində, Liviya sərhədi yaxınlığında yerləşən müəssisə 2013-cü ilin yanvar ayında “Əl Qaidə” terror təşkilatının hücumuna məruz qalmışdı.

Bundan əvvəl BP-nin 19,75 faizi ona məxsus Rusiyanın “Rosneft” dövlət neft şirkəti ilə razılaşmaq cəhdi baş tutmayıb.

©Report

Son xəbərlər
Digər xəbərlər