“Visa”nın kontaktsız ödəmələr və tokenizasiya xidməti Azərbaycanda nağdsız ödənişlərin artması prosesində əsas trendlərə çevriləcək.
Bunu “Visa” beynəlxalq kart təşkilatının Qafqaz üzrə regional meneceri Kristina Doroş deyib.
Bundan başqa, K. Doroş “tap to phone” texnologiyasına da toxunub: “Bu, hər hansı bir “Android” sistemli smartfonu POS-terminala çevirir və bankları hər məntəqədə POS-terminal quraşdırılması lüzumundan azad edir”.
©APA