13 C
Baku
Tuesday, May 7, 2024

Vodafone-dan 7,2 milyard dollarlıq addım

Avropa komitəsi Vodefone şirkətinə ONO SA ispan operatorunu əldə etməyə icazə vermişdir. Komitənin verdiyi məlumata görə, müqavilə İspaniyanın telekommunikasiya bazarında rəqabət mühitinə zərər gətirməyəcək. Qeyd edək ki, Vodafone şirkəti mobil əlaqə ilə məşğul olur, ONO biznesi isə stasionar telefoniya seqmentinə yönəlmişdir.

Müqavilə 7,2 milyard dollar həcmində qiymətləndirilir. ONO şirkətini əldə edən Vidafone öz İspaniyadakı müştərilərinə hərtərəfli xidmət göstərə və Telefonica ilə olan rəqabətini gücləndirə bilər.

Vodafone keçən il kabel televiziyası operatoru olan Kabel Deutschland Holding AG şirkətini 10 milyard dollara əldə etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər