14 C
Baku
Monday, May 6, 2024

Voleybol üzrə Azərbaycan çempionatı təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Bu addım koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər