13 C
Baku
Friday, November 22, 2024

Broker, treyder və investorların ən çox yol verdiyi səhvlər

Beləliklə birinci və ən vacib səhv emosiyalardır

Əksər hallarda treyderlər emosiya və azart hissini qurbanı olurlar. Belə anda müəyyən müddətə sövdələrin bağlanmasını dayandırmaq lazımdır, çünki ani zəiflik anında qəbul edilmiş qərar beyinin gətirdiyi sübutlara zidd gedərək, onları lazımınca dəyərləndirməyə bilər. Əksər hallarda belə qərarların nəticəsi müsbət olmur. Heç bir halda öncədən müəyyən etdiyiniz stop-loss (uduzmağı dayandır) səviyyəsini dəyişməyin, əvvəlcədən seçilmiş strategiyaya sadiq qalın.

Bazar təzə açılanda alış-veriş dəyməz

Bazarın açılma anında o olduqca, qeyri stabildir. Ona görə də əvvəlcə bazarın stabilləşməsini gözləyin və daha sonra alqı-satqı əməliyyatlarına keçin.

Adətən treyderlər tamahkarlığa uyurlar

Acgözlük hissi onlara nə etməyi diktə edir. Elə ki, gəlirlər pozisiyanın açılmasına sərf olunan xərcləri üstələdi, treyder öz mənfəətini görə bilir, baxmayaraq ki, bazar hələ də yuxarıya doğru gedir və bu mənfəət arta bilər. Lakin o itkilərini dəqiq hesablaya bilmir, çünki kursun öz istiqamətini dəyişəcəyi ümidi onu tərk etmir. Bu isə itkilərin daha artmasına gətirib çıxarır.

Şayiələrə o qədər də çox etibar etmək lazım deyil

Şayiələr Forex bazarına öz təsirini göstərə bilər, amma onlara həddindən çox inanmaq və etibar etməyə dəyməz. Xüsusən də əgər bu informasiya insayder xarakteri daşıyırsa. Eşidilənə inanmaqdan öncə, həmin informasiyanı yaxşıca analiz etmək və yalnız bundan sonra qərar qəbul etmək lazımdır.

İntuisiya həddindən artıq güvənmək

Trendləri ulduz falına əsasən müəyyən etmək olmaz, bundan ötrü texniki və fundamental analizi öyrənmək lazımdır. Əksər treyderlər bu və ya digər sövdələri həyata keçirmə səbəblərini özləri də izah edə bilmirlər. Yalnız analiz sahəsində kifayət qədər biliyiniz olduğu halda, siz özünüzü sözün əsl mənasında ciddi treyder adlandıra bilərsiniz.

Biliklərin ümumiləşməsi

Əgər siz bazar analizinin sistemlərini öyrənməyə qərar vermisinizsə, onda çalışın ki, sadələşdirmələrdən uzaq olasınız. Ümumi qaydalar, çox nadir hallarda konkret situasiyaya uyğun gəlir, bəzi isə onlar ümumiyyətlə ziddiyyət təşkil edə bilər. Hər şeyi öz şəxsi təcrübənizdə sınaq keçirdib, yanılmayasınız deyə bu məsələdə ehtiyatlı olun, sadəcə sözümə inanın, ümumiləşdirmələr zərərə çevrilə bilər.

Mütləq öz sövdələrinizi analiz edin

Yalnız özünütəhlil sizə öz nəticələrinizi yaxşılaşdırmaq və təkmilləşmək imkanı verəcək. Praktikadan görünür ki, əksər treyderlər eyni bir səhvi dəfələrlə edirlər.

İtkilərin məhdudlaşdırılması

Pozisiyanı açdıqdan sonra, gərəkdir ki, treyder itkilərin məhdudlaşdırılması ilə bağlı əmr versin. Bu onu böyük itkilərdən qoruyacaq. Pozisiyanı açdıqda, treyder onu hansı qiymətdə bağlamalı olduğu haqda aydın təsəvvürə malik olmalıdır.

Hövsələsizlik

Onlar hər şeyi dərhal istəyir. Ilk uğurlar baş gicəlləndirici olur, uğursuzluqlar isə insanı qəm dəryasına yuvarladır. Yaxşı treyder olmaq üçün başa düşmək lazımdır ki, ticarət praktikasında hər cür vəziyyət yaşana bilər və fövqəladə uğur gözləməyə dəyməz. Bəsdir, özünüzü Uorren Baffet hesab etdiniz, yuxudan ayılın. Hələ buna çox var. Yalnız öz üzərinizdə əzmkarcasına işləməklə və çoxlu səy göstərməklə siz uğur qapısının açarını əldə edə bilərsiniz. Bazarın öz qanunları var. Bu qanunları bilməmək fəlakətlə nəticələnə bilər. Yadda saxlayın ki, yüksək gəlir vəd edən “sakit limanlarda” sizi zərərə sala biləcək çoxsaylı “sualtı qayalar” vardır. Yalnız doğru trendi seçməklə, siz təyinat nöqtəsinə əhəmiyyətli dərəcədə itkisiz gəlib çıxa bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər