Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 5,036 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.
Yanvar-fevral aylarında xarici ticarət dövriyyəsinin 3,249 milyard ABŞ dolları ixracın, 1,787 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Son 1 ildə ixrac 3,1% artıb, idxal isə 17,5% azalıb.
Son nəticədə xarici ticarətdə 1,462 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 48,3% çoxdur.
©Report