İraq neftin qiymətinin düşməsi ilə əlaqədar OPEC+ müqaviləsinin iştirakçılarının təcili iclasını təşkil edəcək. Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, Bağdad əmtəə bazarının hazrıda qeyri-müəyyən vəziyyətdə olduğunu bəyan edərək, ixracatçı ölkələrin nümayəndələrini təxirəsalınmaz tədbirlərin variantlarını müzakirə etməyə çağırır.
Daha əvvəl qeyd edildiyi kimi, İraq üçün ən komfort qiymət bir barel üçün 60 dollardır.
OPEC+ müqaviləsinin iştirakçılarının nümayəndələri, 2016-cı ilin axırlarından başlayaraq neft istehsalının azaldılması məsələsi üzrə ortaq razılığa gələ bilmirlər. Xatırladaq ki, müqavilənin müddəti bu ilin aprel ayında sona çatır.
Hal-hazırda “Brent” markalı neftin qiyməti 30%-dan çox ucuzlaşaraq 29 dollardan aşağı düşüb, “WTI” nefti 27 dollar 40 sent səviyyəsindədir.