Günümüzdə ticarət həcminə görə Forex bazarı, əmtəə və fond birjalarının dövriyyə həcmini nəzərə çarpacaq dərəcədə üstələyir. Forex bazarı fiziki şəxslər, o cümlədən yeni başlayan treyderlər üçün ən az vəsaitlə valyuta əməliyyatlarına qoşulmaq imkanı yaratmaqla ,qısa müddət ərzində böyük gəlir əldə etmə imkanı yaradır.
Forex bazarının əsas iş prinsipi qabaqcadan treyder tərəfindən xarici faktorların dəyərləndirilməsi əsasən də ucuz qiymətə alınmış bir valyutanın sonradan daha baha qiymətə satılması və mənfəət əldə edilməsindən ibarətdir və yaxud əksinə. Sözsüz ki, bir tərəfin qazanması üçün digər tərəfin itirməsi gərəkdir. Və məhz bu səbəblə bazardakı ən böyük gəlir payını ən kiçik qisim alır. Forex bazarı ilə bağlı araşdırma aparsanız ilk öncə bu bazarda nəyəsə nail olmağın yollarını araşdırmalı və bu sahədə xeyli vaxt və əmək sərf etməlisiniz.
Belə hesab olunur ki, Forex bazarı heç nə və heç kim tərəfindən idarə olunmur. Əslində isə bu heç də belə deyil. Bəli, həqiqətən də istənilən bir şirkət, istər Azərbaycanda olsun, istər də xaricdə, özünü klub, dilinq mərkəzi və ya buna oxşar başqa bir şey elan edə bilər.
Bu bazarın nəzarət olunan iştirakçıları da vardır – misal üçün banklar, axı onlar da bu növ xidmətlər təklif edir. Bundan əlavə Forex-beynəlxalq bazardır, buna görə İnkişaf etmiş Avropa ölkəsində və ya ABŞ-da bu cür müvafiq qurumlara nəzarət edən etibarlı tərəfdaş tapmaq elə də çətin deyil.
Valyuta bazarında gəlirlər əsasən treyderin məharəti, onun alış-veriş bacarığı və haradasa bəxt amilindən asılı olur. Burada uğur qazanmaq, varlanmaq və maliyyə cəhətdən müstəqil olmaq, analitik və yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, dünya maliyyə sisteminin bir hissəsinə çevrilməyi öyrənmək və onu daxildən hiss etmək mümkündür.
Bütün bunlarla yanaşı, yeni başlayan sərmayəçilərin diqqət yetirməli olduğu daha bir amil, onun özünün fərdi nəzəri hazırlığıdır. Valyuta bazarı- məhz peşəkarlar üçün olan bir fəaliyyət sahəsidir. Belə ki bu bazarda sizin rəqibləriniz (kontur agentlər) qismində iqtisadiyyata dərindən bələd olan, fundamental və texniki analizi yüksək səviyyədə bilən mütəxəssislər çıxış edir. Forex-də pul qazanmaq üçün bu peşəkarlara layiqli rəqib olmaq, sözün əsl mənasında onların baş ağrısına çevrilmək lazımdır.
Azərbaycanda son dövrlər Forex bazarına maraq artmaqdadır. Bu artan marağı təzahür edən faktorlardan biri çoxlu sayda leqal şirkətlərin fəaliyyətə başlamasıdır. Artan bazarda həmçinin yeni oyunçular, bank təmsilçisi olan şirkətlərdə ortaya çıxmağa başlamışdırlar. Hazırda Azərbaycan bazarında fəaliyyət göstərən Forex şirkətlərinin qısa siyahısı ilə sizləri tanış edirik.
Bankların nəznində olan şirkətlər |
Müstəqil şirkətlər |
|
Uniforex | Forex Club | MMCİS GROUP |
Muğan bank | Forex Baku | Paritet Baku |
Texnika bank FX | Forex AZ | ChelSea Capital |
Bank standatd Trader | İnForex | TeleTrade |
Qarant FX | FX financial group |
Bank Forexinin üstünlüyü:
Banklar daha geniş şəbəkəyə malik olduqlarına görə insanlar üçün Forex əməliyyatlarını həyata keçirmək daha əl çatandır. Bu isə o deməkdir ki, siz bir sıra bankların istənilən filialına yaxınlaşaraq, Forex müqaviləsi bağlaya bilərsiniz. Bankın təqdim etdiyi Forex xidməti ənənəvi əməliyyatlarla yanaşı, qiymətli kağızlarla da əməliyyatlar aparmağa imkan verir.