Manta Resort özündə Hind okeanında Pemba adaları sahilində möhtəşəm oteli təcəssüm etdirir. Bu mini otel sizə tək qeyri-adi gecə istirahət üçün mükəmməl məkanlar deyil, möhtəşəm mənzərəli, dəbdəbəli sualtı otaqlar da təklif edir.
Layihənin yaradıcısı Genberg Underwater Hotels şirkətinin rəhbəri isveç dizayner Mikael Genberg-dir. Manta Resort mahiyyət etibarilə Şərqi Afrikanın sahili boyu üzən şəxsi adanı əks etdirir. Otelin yuxarı hissəsi okeanın sonsuz gözəlliklərindən feyz almaq imkanı yaradır.
4 metr dərinlikdə yerləşən yataq otağı isə Hind okeanının dərinliklərini daha yaxından görmək imkanı yaradacaq.