Aprelin 9-da hazırkı dövrdə neft hasilatını 9,7 milyon barel azaltmaq barədə razılaşan OPEC+ formatının iştirakçısı ölkələri cari iln ikinci yarısı üçün azaltma həcmini 7,7 milyon barel səviyyəsində müəyyənləşdirib.
Bu barədə yeni razılaşmadan sonra yayılmış məlumatda bildirilir.
Daha sonra isə 2022-ci ilin 30 aprel tarixinədək azaltma 5,8 milyon barel miqdarında nəzərdə tutulur.
Qeyd edək ki, hasilatı azaltmaq üçün istinad nöqtəsi 2018-ci ilin oktyabr ayı səviyyəsi, Səudiyyə Ərəbistanı ilə Rusiya üçün isə 11 milyon barel həddi seçilib.
2022-ci il 30 aprel tarixindən sonrakı dövr üçün hasilatın azaldılıb-azaldılmayacağı məsələsi OPEC+ ölkələri tərəfindən 2021-ci ilin dekabr ayında müzakirə olunacaq.
©Report