3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda zavod müflis olur

Azərbaycanda 2019-cu ildə iflas edildiyini elan edən metallurgiya şirkəti məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, bu “Delta Alüminium” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Şirkət, Gəncə Kommersiya (GKM) Məhkəməsinə müraciət etməklə, özünün müflis elan edilməsi məqsədilə iflas prosesinə başlanması, əmlak inzibatçısının təyin edilməsi və əmlak inzibatçısına 2 000 manat aylıq əmək haqqının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Hələ, 2019-cu ilin mayında bu şirkət iflasla bağlı GKM-ə (həmin Gəncə İnzibati-İqtisadi Məhkəməsi) müraciətlə bağlı kreditorlarına elan vermişdi.

Şirkət Gəncə Alüminium Zavodu ərazisində fəaliyyət göstərmirmiş. Şirkət haqında İqtisadi İnkişaf Nazirliyinin 2010-cu il üzrə hesabatında rast gəlinir. Həmin hesabatda Gəncə şəhərində illik istehsal gücü 100 min ton olan “DETAL Alüminium” MMC-nin zavodunun tikildiyi vurğulanır.

Son xəbərlər
Digər xəbərlər