12 C
Baku
Tuesday, November 5, 2024

OPEC+ neft hasilatının azaldılmasına may ayından sonra başlayacaq

Səudiyyə Ərəbistanı və OPEC+ müqaviləsinin digər iştirakçıları, neftin qiymətinin enməsi səbəbindən hasilatın daha erkən azaldılmasına başlamağı məqsədəuyğun hesab etmirlər. Banker.az xəbər verir ki, planlaşdırıldığı kimi, məhdudlaşdırıcı tədbirlər mayın 1-dən başlayacaq.

“WTI markalı neftin düşməsi texniki və spekulyativ amillərin birləşməsinin nəticəsidir. Azaltmaların təsirini gözləmək lazımdır, ondan sonra bazar özü-özünü korreksiya edəcək”, nümayəndələrdən biri bildirir.

Xatırladaq ki, daha əvvəl hasilatın azaldılması ideyası ilə İraqın neft naziri Tamer əl Qədban çıxış etmişdir. İraq, Əlcəzair və bir sıra digər ölkələr bazardakı vəziyyətlə əlaqədar olaraq virtual məsləhətləşmələrə başlayıblar. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt müzakirələrdə iştirak etməyiblər.

OPEC+ ölkələrinin mayın 12-dən etibarən hasilatın azaldılmasına başlamaq qərarı əvvəlcə bazara dəstək verdi: Brent markalı neftin bir bareli 36 dollara qalxdı. Lakin sonra yenidən düşməyə davam etdi – hazırda qiymət 17 dollar civarında dəyişir.

Qeyd edək ki, OPEC+ müqaviləsi mayın 1-də qüvvəyə minəcək. Müqavilənin şərtlərinə görə, alyansa daxil olan 23 ölkə may-iyun aylarında neft hasilatını gündə 9,7 milyon barel azaldacaqlar.

Son xəbərlər
Digər xəbərlər