3 C
Baku
Saturday, December 14, 2024

Portuqaliyanın enerji sektoru neft emalı zavodlarının fəaliyyətini dayandırır

Portuqaliyanın Milli enerji sektoru orqanı (ENSE) neft anbarlarında yer olmaması və ölkə daxilində neft məhsullarına tələbatın kəskin şəkildə aşağı düşməsi səbəbindən “Galp” şirkətinin Matozinyuş və Sineş şəhərlərində yerləşən ölkənin ən iri neft emalı zavodlarının fəaliyyətini müvəqqəti dayandırmağa çağırıb.

COVID-19 pandemiyasının baş qaldırması iqtisadi fəallığın azalması və ölkənin bütün ərazisində yanacağa tələbatın aşağı düşməsi ilə nəticələnib, həmçinin müvafiq olaraq, ölkədə hazırda 90 faizi dolu olan saxlanma yerlərinin tutumuna birbaşa təsirini göstərib. Zavodların fəaliyyətini mayın 4-dən başlayaraq bir ay müddətinə dayandırmaq planlaşdırılır. Bu halda işçilərə ziyan dəyməyəcək.

Beynəlxalq Enerji Agentliyinin (IEA) 15 aprel tarixli məlumatında qeyd olunur ki, bu il COVID-19 pandemiyası ilə bağlı qlobal dayanmalar səbəbindən dünya üzrə neftə tələbat gündəlik 9,3 milyon barrel azalacaq.

IEA təkcə aprel ayında 2019-cu illə müqayisədə gündəlik tələbatın 29 milyon barrel aşağı düşəcəyini proqnozlaşdırır ki, bu səviyyə son 25 il ərzində müşahidə olunmayıb. May ayında gündəlik tələbatın daha 26 milyon barrelədək azalacağı gözlənilir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər