-1 C
Baku
Sunday, December 15, 2024

OPEC ilin ikinci yarısında neftin qiymətinin 40 dollar olacağını proqnozlaşdırır

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bu ilin ortalarına qədər bir barel xam neftin qiymətinin təxminən 40 dollar olacağını proqnozlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Əlcəzairin energetika nazirinin sözlərinə istinadən “Shafaq news” xəbər agentliyi məlumat verib.

“Təşkilat (OPEC) bu ilin ikinci yarısında neft qiymətlərinin səviyyəsinin bir barel üçün 40 dollar olacağını gözləyir”, – nazir qeyd edir. O, “may və iyun aylarında qiymətin ortalama ilə 35 dollar yüksələcəyini proqnozlaşdırır”.
Energetika nazirinin sözlərinə görə, bu tendensiya OPEC+ müqaviləsinin reallaşdırılması ilə əlaqəli olacaqdır.

Xatırladaq ki, aprelin 12-də keçirilən videokonfransda, OPEC+ müqaviləsinin iştirakçıları neft hasilatının azaldılması üzrə ortaq razılığa gələ biliblər – gündə 9,7 milyon barelə qədər.

Son xəbərlər
Digər xəbərlər