Toxuculuq fabriki “Bakı-Əyrici-Toxucu” Açıq Səhmdar Cəmiyyəti ötən ili 372,94 min manatlıq xalis mənfəətlə tamamlayıb.
Bankıer.az bu barədə şirkətin 2019-cu il üzrə audit hesabatına istinadən xəbər verir.
Toxuculuq fabriki 7 milyon 990,96 min manatlıq malların təqdim edilməsindən, 4 min manat əmlakın icarəyə verilməsindən, 3,1 min manat digər gəlirlərdən əldə edib ki, bu da illik cəmi 7 milyon 999,80 min manatlıq gəlir (17% artım) əldə etməsi deməkdir.
“Bakı-Əyrici-Toxucu”nun cəmi xərcləri 7 milyon 428,76 min manat təşkil edib, bunun 7 milyon 342,82 min manatı malların təqdim edilməsi üzrə xərcdir.
Xatırladaq ki, bu səhmdar cəmiyyət 1999-cu ildə dövlət qeydiyyatına alınıb və 1 milyon 597,65 min manat nizamnamə kapitalına malikdir.