10 C
Baku
Thursday, December 12, 2024

“S&P” Azərbaycanın beynəlxalq kredit reytinqini stabil saxlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini BB+/B səviyyəsində, reytinq üzrə proqnozu isə stabil saxlayıb.

Azərbaycanın tədiyyə balansının müsbət saldosu və Dövlət Neft Fondunun xarici aktivləri ölkənin əsas güclü tərəfi kimi qeyd olunur. Agentliyin hesablamalarına görə, COVID-19 pandemiyasının iqtisadiyyata tam təsiri hələ də aydın deyil və gözləntilərdən daha pis ola bilər.

“S&P” qeyd edir ki, volatil neft qiymətləri mühiti fonunda manata təzyiq artıb və əgər neftin qiymətləri uzun müddət aşağı səviyyədə qalsa, Azərbaycan 2015-ci ildə olduğu kimi, xarici valyuta ehtiyatlarının ciddi itkisinin qarşısını almaq məqsədilə məzənnənin tənzimlənməsinə icazə verə bilər. Bu halda sözügedən tənzimlənmə bank sektoruna əlavə zərbə vuracaq.

©APA

Son xəbərlər
Digər xəbərlər