6 C
Baku
Sunday, December 15, 2024

AMB-ın valyuta ehtiyatları beynəlxalq normaları üstələyir

Azərbaycan Respublikasının Mərkəzi Bankı özünün rüblük Pul siyasəti icmalında manatın məzənnəsinin sabitliyini təmin etmək məqsədilə valyuta bazarında həyata keçirdiyi sterilizasiya əməliyyatları barədə məlumat verib.

Bankdan saytımıza daxil olan məlumata əsasən, son illərdə ölkənin tədiyə balansının profisiti şəraitində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir. Bununla əlaqədar, Mərkəzi Bank valyuta bazarından 2010-cu ildə 1385 mln. $, 2011-ci ildə 4153 mln. $, 2012-ci ildə 1584 mln. $, 2013-cü ildə 2457 mln. $, 2014-cü ilin 6 ayında isə 967.4mln. $ məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəltmişdir. Təkcə 2014-cü ilin I yarısında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 7% artaraq  15163 mln. $ səviyyəsinə yüksəlmişdir ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir.

Son xəbərlər
Digər xəbərlər