9 C
Baku
Thursday, December 12, 2024

Əl-Həfci neft yatağında hasilat dayandırılır

Səudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Həfci birgə neft yatağında hasilat işlərini dayandıracaq.

Bu barədə “S&P Global Platts”a istinadən xəbər verilir.

Qeyd edək ki, 1922-ci ildə iki tərəfin razılığı ilə yaradılan bitərəf bölgədə Əl-Həfci dəniz və Vəfrə quru neft yataqları yerləşir. Neft paylarının bölüşüdürülməsi ilə bağlı yaranmış mübahisə nəticəsində 3 il ərzində dayandırılmış hasilat bu ilin fevral ayında yenidən başlamış, aprel ayında isə 260 min barelə çatdırılmışdı. Hasilat tərəflər arasında yarıbayarı bölüşdürülür.

Xatırladaq ki, bu il aprelin 12-də OPEC+ formatının iştirakçı ölkələri arasında onlayn görüş zamanı neft bazarının sabitləşdirilməsi məsələsi müzakirə olunub və may – iyun aylarında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılığa gəlinib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər