14 C
Baku
Saturday, November 23, 2024

“Akkord”un bağlanan banka kredit borcu var, ödənmir: İddia

Azərbaycanda cari ilin may ayında bağlandığı elan edilmiş “AGBank” ASC ölkənin ən böyük tikinti şirkətinə qarşı iddia qaldırıb.

Bununla bağlı, Banker.az saytının əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Bakı Kommersiya Məhkəməsinə  (BAM) haqqında şikayət verilən isə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir.

Bankın məhkəmədə tələbi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi ilə bağlı olub. Dəqiq olaraq hansı məbləğ üçün bu məhkəmə çəkişməsinin baş tutması açıqlanmır.

BAM “AGBank”ın iddia tələbini qismən təmin edildiyi üçün, bundan “Akkord” narazı qalıb və apelyasiyaya müraciət edib.

Son xəbərlər
Digər xəbərlər