1 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan parlamenti sədrinin müavinlərindən dördü ixtisar olunub

Gürcüstan parlamenti sədrinin 9 müavinindən 4-ü ixtisar olunub.

Bununla əlaqədar parlamentin reqlamenti ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib.

Yeni qanunla parlament sədrinin birinci müavini vəzifəsinə sədrin irəli sürdüyü namizəd seçiləcək.

Qalan 4 müavinin 2-si parlament çoxluğunun, 2-si isə müxalifət partiyalarının namizədləri sırasından seçiləcək.

Bundan başqa, parlamentin rəhbər strukturlarının vəzifələrində də dəyişikliklər edilib.

Belə ki, yeni qanuna əsasən nə parlament çoxluğunun lideri, nə də ləğv olunmuş azlıq fraksiyalarının liderləri parlamentdə vəzifə daşımayacaqlar.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər