3 C
Baku
Saturday, December 14, 2024

Apple “mobil pulqabı” yaradır

Apple mobil ödəniş sistemində Visa, MasterCard və American Express-lə birgə çalışır və bu sistem 9 sentyabr tarixində şirkətin keçirəcəyi tədbirdə iPhone 6 ilə birgə təqdim ediləcək. Əvvəllər verilən məlumata görə, Apple şirkəti AmEx və Visa ilə razılıq imzalamışlar.

Həmçinin verilən məlumatlara görə, Apple iPhone smartfonları üçün yeni “near field communication, NFC” versiyalarının yaradılması üzərində də işləyir.

“Mobil pulqabılar” artıq neçə ildir ki, fəaliyyət göstərsə də onlar vasitəsilə həyata keçirilən ödənişlərin sayı elə də çox deyil. Lakin Creative Strategies LLC analitikləri belə hesab edirlər ki, Apple-ın təqdim edəcəyi bu yeni sistem vəziyyət dəyişəcək.

Son xəbərlər
Digər xəbərlər