Dünyanın ən bahalı brendi 117 milyard dollar olaraq qiymətləndirildi və dünyanın ən bahalı bu brendinə sahib olan şirkət Apple-dır. Qeyd edək ki, The Telegraph analitikləri üç müstəqil reytinq agentliyinin məlumatlarına əsaslanaraq bu nəticəyə gəlmişdir.
Qiymətləndirmə Millward Brown, Interbrand və Brand Finance agentliklərinin məlumatlarına əsaslanmışdır və bu agentliklərin hər biri Apple brendini 147,9 milyard, 98,3 milyard və 104,7 milyard dollar olaraq qiymətləndirmişlər.
Apple şirkətinin bazar kapitalizasiyası hazır ki gündə 611 milyard dolları geridə qoyur. Avqustun sonunda Apple səhmlərinin dəyəri tarixi rekorda imza atsa da, iCloud xidməti ilə bağlı yaranan qalmaqal ilə bağlı cari ayın əvvəlində enməyə başlamışdır.
Reytinqdə Apple brendindən əlavə brendi 107 milyard dollar dəyərləndirilən Google şirkəti də yer almışdır. Reytinqin ikinci pilləsini 76 milyard dollarlıq dəyərə malik IBM yer almışdır. Microsoft, Samsung və Amazon şirkəti isə nisbətən aşağı pillələrdə yer almışdır.